Manata nəzərən Rusiya rublu isə ötən gün olduğu kimi 0,0163 manat səviyyəsində qərarlaşıb
Bu gün noyabrın 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 11-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 10-u ilə müqayisədə 0,0003 manat və ya 0,3 faiz artaraq 1,0504 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,002 manat və ya 0,18 faiz artaraq 1,1301 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə ötən gün olduğu kimi 0,0163 manat səviyyəsində qərarlaşıb.