Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb

Manata nəzərən Rusiya rublu isə sabit qalaraq 0,0166 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə sabit qalaraq 0,0166 manat səviyyəsində qərarlaşıb

Bu gün noyabrın 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 6-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 5-i ilə müqayisədə 0,0001 manat və ya 0,1 faiz azalaraq 1,0498 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0012 manat və ya 0,11 faiz artaraq 1,1424 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə sabit qalaraq 0,0166 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərAzərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb