Allahşükür Paşazadə telekanalda çalışacaq jurnalistlər üçün dini kursların açılmasını təklif edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Allahşükür Paşazadə ölkədə dini telekanalın yaradılmasını təklif edib.
Sentyabrın 27-də Məhərrəm ayının başlanmasına həsr olunan tədbirdə A.Paşazadə deyib ki, bu barədə prezident İlham Əliyevlə söhbət edib:
““Mən Avropa ölkələrin belə nümunələrin olduğunu dedim. Bizdə də belə kanalın olması yaxşı nəticə verər”.
QMİ sədri bu telekanalda çalışacaq jurnalistlər üçün dini kursların açılmasını təklif edib.