Azərbaycanda daha on nəfər koronavirusdan ölüb

“Bugünkü test sayı isə 10632-dir”.

Source: Архив


Bir gündə virusa yoluxma sayı 1175 oldu

Noyabrın 1-də Azərbaycanda 10 xəstə COVİD-19 infeksiyasından ölüb, 1175 adam infeksiyaya yoluxub, 614 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu barədə yaydığı məlumatda qeyd olunub ki, Azərbaycanda indiyə qədər 56 min 444 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 44 min 157 nəfər müalicə olunaraq sağalıb, 740 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 11547 nəfərdir.

Eyni zamanda, ötən müddətdə 1 milyon 363 min 539 testin aparıldığı xatırlanıb:

“Bugünkü test sayı isə 10632-dir”.

Ana səhifəSosialAzərbaycanda daha on nəfər koronavirusdan ölüb