İnfeksiyaya yoluxanlardan 14 nəfərin vəziyyəti ağır qiymətləndirilir
Aprelin 5-də Azərbaycanda 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə
Nazirlər Kabineti
yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, koronavirusa yoluxanlardan 14 nəfərinin vəziyyəti ağır, 21 nəfərinin isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Hazırda Azərbaycanda 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.