Azərbaycanda daha 5 nəfər koronavirusdan ölüb

Məlumatda son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5809, ötən müddətdə isə 349 200 testin aparıldığı qeyd edilib.

Source: Архив


Bu gün 315 virusa yoluxma faktı var

İyunun 9-da Azərbaycanda koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq evə buraxılıb, 5 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda hazırda 8191 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 pasiyent ölüb, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicə olunur”.

Məlumatda son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5809, ötən müddətdə isə 349 200 testin aparıldığı qeyd edilib.

Ana səhifəSosialAzərbaycanda daha 5 nəfər koronavirusdan ölüb