“14 yoluxma, 39 sağalma”
Aprelin 16-da Azərbaycanda 14 nəfər COVID-19 infeksiyasına yoluxub, 39 nəfər müalicə olunaraq sağalıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Bu gün analiz nümunələri müsbət çıxan xəstələrdən vəfat edən olmayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 349 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 min 506 nəfər müalicə olunaraq sağalıb, 9 min 705 pasiyent ölüb. Aktiv xəstə sayı 138 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 776, bu günə qədər isə 6 milyon 766 min 600 testin icra olunduğu göstərilib.