Azərbaycanda bir gündə koronavirusdan 9 nəfər ölüb

“Bugünkü test sayı isə 8221-dir”.

Source: Reuters


Daha 391 nəfər infeksiyaya yoluxub

İyulun 22-də Azərbaycanda 391 adam COVİD-19 infeksiyasına yoluxub, 504 nəfər sağalıb, 9 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah bildirib ki, Azərbaycanda indiyə qədər 28 min 633 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 pasient isə ölüb. Aktiv xəstə sayı 7805 nəfərdir.

Eyni zamanda, ötən müddətdə 649 min 953 testin aparıldığı qeyd olunub:

“Bugünkü test sayı isə 8221-dir”.

Ana səhifəSosialAzərbaycanda bir gündə koronavirusdan 9 nəfər ölüb