Azərbaycanda bir gündə koronavirusa yoluxma sayı 135 olub

Operativ qərargah son sutkada 6137, ötən müddətdə isə ümumilikdə 917027 testin aparıldığını qeyd edib.

Source: Архив


İki nəfər pasiyent həyatını itirib

Avqustun 30-da Azərbaycanda 135 adam COVID-19 infeksiyasına yoluxub, 127 nəfər müalicə olunaraq evə buraxılıb, 2 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda indiyədək 36 309 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onlardan 33 703 nəfər müalicə olunaraq sağalıb, 531 pasient ölüb. Hazırda aktiv xəstə sayı 2075 nəfərdir.

Operativ qərargah son sutkada 6137, ötən müddətdə isə ümumilikdə 917027 testin aparıldığını qeyd edib.

Azərbaycanda karantin rejimi sentyabrın 30-na qədər uzadılıb.

Ana səhifəSosialAzərbaycanda bir gündə koronavirusa yoluxma sayı 135 olub