Azərbaycanda bir gündə koronavirus: 132 yoluxma, 2 ölü

“Bugünkü test sayı isə 7048-dur”.

Foto: Wikipedia


155 xəstə sağalaraq evə buraxılıb

Sentyabrın 4-də Azərbaycanda 132 adam COVİD-19 infeksiyasına yoluxub, 155 nəfər müalicə olunaraq evə buraxılıb, 2 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanda indiyə qədər 37 min 31 nəfər yeni koronavirus infeksiyasına yoluxub.

Onlardan 34 min 419 nəfər müalicə olunaraq sağalıb, 543 pasient isə ölüb.

Hazırda aktiv xəstə sayı 2069 nəfərdir.

Operativ qərargah ötən müddətdə 949 min 313 testin aparıldığını qeyd edib:

“Bugünkü test sayı isə 7048-dur”.

Ana səhifəSosialAzərbaycanda bir gündə koronavirus: 132 yoluxma, 2 ölü