Daha iki pasiyent həyatını itirib
Sentyabrın 12-də Azərbaycanda 135 adam COVİD-19 infeksiyasına yoluxub, 167 nəfər müalicə olunaraq sağalıb, 2 xəstə ölüb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 38 min 172 nəfərin koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 35 min 607 nəfər müalicə olunaraq sağalıb, 559 pasiyet ölüb. Hazırda aktiv xəstə sayı 2006 nəfərdir.
O cümlədən, ötən müddətdə 1 milyon 2 min 727 testin aparıldığı bildirilib: "Bugünkü test sayı isə 7351-dir".