MSK seçkiləri yanvarın 29-a təyin edib
Azərbaycanda 2025-ci il yanvarın 29-da bələdiyyə seçkilərinin keçiriləcəyi bildirilir.
Noyabrın 27-də Mərkəzi Seçki Komissiyasının iclasında bu barədə məlumat verilib.
2024-cü il oktyabrın 18-də Milli Məclis “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.
Milli Məclis 1400 bələdiyyənin birləşdirilərək ümumi sayının 685-ə endirilməsini təsdiqləyib.
Noyabrın 25-də isə Prezident İlham Əliyev qanunu təsdiqləyib.
Azərbaycanda indiyə qədər 5 bələdiyyə seçkisi keçirilib. Bu da 1999, 2004, 2009, 2014 və 2019-cu illəri əhatə edir.
Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.
Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir.
İndiyədək həmişə bu seçkilər dekabrda olub.
Bəzi ekspertlər Bələdiyyə seçkilərinin keçirilməsi vaxtının uzadılmasını qanuna zidd hesab edirlər.