Azərbaycanda avqustun 1-dək 4 849 zəlzələ qeydə alınıb

Qurban Yetirmişli: “Ən aktiv zonalar Xəzər, Şamaxı, İsmayıllı, Böyük Qafqazın cənub şərq yamacı, Talış dağlarıdır”

Foto: arxiv
Qurban Yetirmişli, foto: Report
Qurban Yetirmişli, foto: Report

Qurban Yetirmişli: “Ən aktiv zonalar Xəzər, Şamaxı, İsmayıllı, Böyük Qafqazın cənub şərq yamacı, Talış dağlarıdır”

“2016-cı il avqustun 1-nə olan proqnoza görə, Azərbaycanda 4 849 zəlzələ qeydə alınıb”.

“Report” xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli avqust ayının 1-də İmişlidə baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilin ötən dövrü ərzində 3 və 3 baldan yuxarı olan 57 təkan olub: “Baş verən zəlzələlərdən 10-u hiss olunub”.

Q.Yetirmişli bu il ərzində ölkə ərazisində seysmoloji cəhətdən aktiv olan bölgələrin adlarını da açıqlayıb: “Azərbaycanda ən aktiv zonalar Xəzər, Şamaxı, İsmayıllı, Böyük Qafqazın cənub şərq yamacı, Talış dağlarıdır. Bir müddət əvvəl Şamaxıda Pirqulu ərazisində bir gün ərzində 93 təkan qeydə alınmışdı”.

Avqusun 1-də səhər saatlarında İmişlidə zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5.6, dərinliyi 19 km olub.

Zəlzələ zamanı İmişli Rayon İaşə Birliyinin binasının bir hissəsi dağılıb, fərdi yaşayış evlərində çatlar əmələ gəlib.

Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.

Ana səhifəXəbərlərAzərbaycanda avqustun 1-dək 4 849 zəlzələ qeydə alınıb