15 nəfərin vəfat etdiyi bildirilir
Aprelin 7-də Azərbaycanda 722 adam COVİD-19 infeksiyasına yoluxub, 1854 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda analiz nümunələri müsbət çıxan 15 nəfərin vəfat etdiyi qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 325 min 407 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 302 min 860 nəfər müalicə olunaraq sağalıb, 4650 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 17897 nəfərdir".
Eyni zamanda, ötən müddətdə 3 milyon 311 min 267 testin aparıldığı vurğulanıb: "Bugünkü test sayı isə 10686-dır".