Azərbaycanda 7 bal gücündə zəlzələ olub

“İnsanlar rəsmi məlumatdan başqa yayılan şayiələrə, qeyri-dəqiq informasiyalara inanmasınlar. Yayılan qeyri-dəqiq məlumatlar insanlara mənfi təsir göstəri”

Source:


“İnsanlar rəsmi məlumatdan başqa yayılan şayiələrə, qeyri-dəqiq informasiyalara inanmasınlar. Yayılan qeyri-dəqiq məlumatlar insanlara mənfi təsir göstəri”

Sentyabrın 4-də səhər saatlarında Azərbaycan ərazisində güclü zəlzələ olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki arazisində qeydə alınıb.

Zəlzələ episentrdə 7 bala qədər, respublikanın ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub.

Zəlzələ 13 km dərinlikdə baş verib.

Saat 09.51 radələrində isə Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya zəlzələnin baş verdiyi təsdiqlənib.

Həmin saatlarda Gürcüstan ərazisində də zəlzələ baş verib. Hələlik zəlzələnin episentri məlum deyil.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.

Mərkəzdən APA-ya verilən məlumatda vətəndaşlara yeraltı təkanlarla bağlı yayılan qeyri-dəqiq informasiyalara inanmamaq tövsiyə olunur: “Zəlzələ təbiət hadisəsi, yerin təkində gedən prosesdir. Seysmoloji Xidmət Mərkəzi olaraq bizim borcumuz baş verən hadisələrlə bağlı cəmiyyəti düzgün informasiya ilə məlumatlandırmaqdır. İnsanlar rəsmi məlumatdan başqa yayılan şayiələrə, qeyri-dəqiq informasiyalara inanmasınlar. Yayılan qeyri-dəqiq məlumatlar insanlara mənfi təsir göstərir”.

Mərkəzdən əlavə ediblər ki, baş vermiş zəlzələ güclü olduğu üçün gün ərzində xırda təkanlar hiss oluna bilər.

Ana səhifəXəbərlərAzərbaycanda 7 bal gücündə zəlzələ olub