“Azərbaycanda 51 dini məhbus var”

Ketron Kozman: “Gülen məktəblərinin bağlanması o deməkdir ki, insanlar artıq yaxşı təhsil ala bilmirlər”

Source:

Ketron Kozman: “Gülen məktəblərinin bağlanması o deməkdir ki, insanlar artıq yaxşı təhsil ala bilmirlər”

“Turan İA”-nin məlumatına görə, Azərbaycan dini azadlıqlar məsələsində Əfqanıstan, Kuba, Qazaxıstan və s. kimi ölkələrlə birlikdə “2-ci səviyyə”də yer alıb.

ABŞ-n Dünyada Dini Azadlıqlar üzrə Komissiyasının (USCIRF) –baş analitiki Ketron Kozman agentliyə bildirib ki, Azərbaycan hökumətinin tolerantlıq haqqında bəyanatlarına baxmayaraq, son bir neçə ildə ölkədə dini azadlıqlar pisləşib. Hesabat dövründə (aprel 2013 – aprel 2014) dini təşkilatların bağlanması, vətəndaşlardan dini fəaliyyətə görə saxlanılması və cərimə olunması faktları olub.

Azərbaycan hökuməti 2009-cu ildə din haqqında dini fəaliyyət dairəsini məhdudlaşdıran repressiv qanun tətbiq edirdi. Sonradan din haqqında qanunun pozulmasına görə cərimələr artırılıb (2010 və 2011-ci illərdə).

O, qeydiyyatsız dini fəaliyyətin qadağan edildiyini, qeydiyyatdan keçmiş qrupların fəaliyyətinə isə din haqqında qanun çərçivəsində ciddi nəzarət olunduğunu söyləyib.

“2014-cü ilin yazında Azərbaycan parlamenti din, QHT haqqında qanunlara və digər qanunlara guya dini ekstremizmin qarşısının alınması üçün əlavə məhdudlaşdırıcı düzəlişlər edib. 2010-cu ildə pozuntulara görə cərimələr 16 dəfə artırılıb, deyə ekspert qeyd edib. Ölkənin müsəlman icmaları xüsusi nəzarət altındadır: onların bütün liderləri dövlətin nəzarəti altında olan Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilib”.

Xanım Kozman 2010-cu ildə Təhsil Nazirliyinin standart məktəb formasını tətbiq edərək, məktəblərdə hicabı qadağan etdiyini xatırladaraq bildirib ki, bu da 2012-ci ilin oktyabrında etirazlara və 72 islamçının həbsinə səbəb olub. 2014-cü ilin yazında hicab qadağası universitet tələbələrinə də şamil edilib.

2009-cu ildən etibarən Azərbaycanda bir sıra sünni məscidi bağlanıb ki, bu da etirazlara səbəb olub.

Analitik Naxçıvanda dini məhdudiyyətlərin Azərbaycanın başqa regionlarında olduğundan daha ciddi xarakter daşıdığını bəyan edib: “Hakimiyyət qeyri-loyal dini icmaların təqibi üçün dövlət qeydiyyatından istifadə edir. Dövlət qeydiyyatı olmayan dini icmalar qeyri-qanuni hesab olunur və istənilən növ təqiblərə məruz qala bilər. Son illər polis müntəzəm olaraq reydlər aparır, dini yığıncaqlar təşkil edən və ya “zərərli” ədəbiyyat saxlayan vətəndaşları həbs edir. Bu hadisələr təkcə müsəlmanlara qarşı deyil, baptistlərə, adventistlərə, İeqova şahidlərinə qarşı da baş verir”.

Dini ədəbiyyatın ciddi nəzarət altında olduğunu bildirən Kozman Səid Nursinin əsərlərinin qadağan edildiyini göstərib.

“Azərbaycanda dini məhbuslar kimdir” sualına Ketrin Kozman cavab verir ki, Azərbaycan Hüquq Müdafiə Mərkəzinin məlumatına görə, 2005-2011-ci illərdə 220 Azərbaycan vətəndaşı dini ekstremizm ittihamı ilə mühakimə edilib.

“2013-cü ilin yanvar ayında AŞPA məruzəçisi Azərbaycanda insan hüquqları haqqında məruzə yayıb, məruzədə 23 nəfər islamçı qruplara, təşkilatlara və siyasi partiyalara üzv olduğuna görə mühakimə olunub. Onlar arasında İslam Partiyasının lideri Mövsüm Səmədov, 31 hicab məhbusu, 10 nəfər azadxaberaz dini saytı ilə əlaqədar həbs edilmiş dindar, xeber44.com saytında nəşrlərlə bağlı Masallıdan 6 dindar, ilahiyyatçı Taleh Bağırzadə, müəllim Əbdül Nemət Süleymanov var, ümumilikdə, 51 dini məhbus”– deyə analitik faktlara müraciət edib.

 “Dini icmalar bundan sonra da təqib edilərsə, onların radikallaşması riski nə dərəcədə realdır” sualına Kozman cavab verib ki, hakimiyyət xarici dini təbliğatçıların radikal qruplar yaratmağa çalışdığını, onların qarşısının alınmalı olduğunu iddia edir.

Lakin müstəqil analitiklər hesab edirlər ki, hakimiyyət Qərbə yalançı təhlükə nümayiş etdirərək, hər şeyi böyüdür. Son illər Azərbaycan hökumətinin məhdudlaşdırıcı qanunları və rəsmi siyasəti yerli icmaların radikalizm riskini xarici təsirdən daha çox artırır –  Kozman belə hesab edir.

Kozman bildirib ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da radikal islamçılar var, amma hökumət bu problemə qarşı mübarizənin səmərəli üsullarını tapmayıb: qanunlar ideyaları və ya dinc dini təcrübəni deyil, faktiki zorakılığı cəzalandırmalıdır.

Azərbaycanda sünnilər və şiələr arasında münasibətlərin gərginləşməsi haqqında getdikcə daha çox danışılır, bu yaxınlarda Sumqayıtda “haricilərin” və “sələfilərin” iştirakı ilə dini fərqlər səbəbindən atışma baş verib.

Ola bilər ki, şiələr və sünnilər arasında fərqlər qismət nəsillərin dəyişməsi ilə bağlıdır. Yaşlı nəsil sovet ateizmi dövründə böyüyüb və sünni-şiə fərqlərini pis başa düşürdülər. Gənc nəslin, xüsusən Yaxın Şərqdə oxuyanların dini təhsili var və sünnilər və şiələr arasındakı fərqlərlə bağlı öz fikri var.

Bu fikir təkcə Sumqayıtda atışma fonunda deyil, şiələrin Sabirabadda vəhabinin saqqalını zorla qırxması faktı fonunda yaranır. Belə şeylər cavab reaksiyası doğurub və bir neçə şiəyə hücuma səbəb olub.

Dini fərq güc mənbəyidir, amma bu, hökumətin ədalətli və bacarıqlı siyasətini tələb edir ki, bu da, təəssüf ki, Azərbaycanda müşahidə olunmur.

“Azərbaycan hökuməti minimum dözümlülük nümayiş etdirir, hələ müxtəlif nöqteyi-nəzərlər ifadə edənlərə qarşı hörmətdən danışmırıq. Belə bir təəssürat yaranır ki, hakimiyyət yalnız rəsmi siyasəti dəstəkləyənlərlə barışır” – analitik belə deyib.

Fətullah Gülen və “Hizmet” hərəkatı amilinin necə rol oynamaasına gəlincə, Kozman deyib ki, Gülen təlimi mistik islam, türk milliyyətçiliyi, humanizm və vətəndaş xidmətinin sintezidir.

“Gülen məktəbi Azərbaycanda yüzlərlə tələbəyə təhsil verib və bəzi məzunlar dövlət dairələrində, elmi dairələrdə və özəl sektorda mühüm mövqelər tutub. Ekspertlər qeyd edirlər ki, Gülen məktəblərinin məzunları, bir qayda olaraq, yaxşı təhsillidirlər və cəmiyyətə yaxşı inteqrasiya ediblər, kosmopolitik dünya baxışları var. Lakin 2013-cü ilin sonlarında Türkiyədə siyasi böhran belə bir sual doğurdu: “Hizmet” hərəkatı əslində nə edir, onun siyasi məqsədləri varmı?”.

2014-cü ilin iyununda Azərbaycanda Gülenin bütün məktəbləri, SOCAR-ın bəyanatına görə, guya bahalı olduğu üçün bağlanıb. Bir il əvvəl bu şirkət Gülen tərəfdarlarından bu məktəbləri alıb”.

Kozman sözlərinə görə, Azərbaycanda Gülen məktəblərinin bağlanması o deməkdir ki, insanlar artıq yaxşı təhsil ala bilmirlər. “Ümid edək ki, bu uğursuz qərarın Azərbaycanda azlıq təşkil edən sünnilər üçün mənfi nəticələri olmayacaq”.

Ana səhifəXəbərlər“Azərbaycanda 51 dini məhbus var”