Azərbaycanda: 338 yoluxma, 4 ölüm

“Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Source: Архив


134 nəfərin sağalaraq evə buraxıldığı bildirilir

İyunun 5-də Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq evə buraxılıb, 4 xəstə isə ölüb.

Məlumatı yayan Nazirlər Kabineti yanında Operativ Qərargah ölən pasientlərin 1940, 1957, 1957 və 1972-cü il doğumlu olduğunu əlavə edib.

Operativ qərargah Azərbaycanda hazırda 6860 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 3871 nəfər müalicə olunub, 82 xəstə ölüb, 2907 şəxs xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Mənbə ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 328.385 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialAzərbaycanda: 338 yoluxma, 4 ölüm