Azərbaycanda 31 nəfər koronavirusdan ölüb

3714 yeni yoluxma qeydə alınıb

Source: Meydan TV


3714 yeni yoluxma qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 714 yeni yoluxma faktı qeydə alınıb, 2 470 nəfər müalicə olunaraq sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilir ki, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 405 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: “Onlardan 353 140 nəfər müalicə olunaraq sağalıb, 5 434 nəfər vəfat edib. 46 968 nəfər aktiv xəstə sayını təşkil edib”.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 247, bu günə qədər isə ümumilikdə 4 379 510 test icra olunduğu bildirilir.

Ana səhifəXəbərlərAzərbaycanda 31 nəfər koronavirusdan ölüb