Azərbaycanda 2256 nəfər koronavirusa yoluxub

Foto: Meydan TV

“21 xəstə vəfat edib”

Oktyabrın 3-də Azərbaycanda 2256 adam COVID-19 infeksiyasına yoluxub, 2208 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 21 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 537 004 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu vurğulayıb:

“Onlardan 499 571 nəfər müalicə olunaraq sağalıb, 7 153 pasiyent ölüb. Aktiv xəstə sayı 30 280 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 102, ötən müddətdə isə 5 227 688 testin aparıldığı göstərilib.

Ana səhifəXəbərlərAzərbaycanda 2256 nəfər koronavirusa yoluxub