Bir nəfər həyatını itirib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. 162 nəfər sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək ölkədə ümumilikdə 34 620 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 363 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, 1 747 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 359, bu günə qədər isə ümumilikdə 849 628 test icra olunub.