"14 xəstə vəfat edib"
Oktyabrın 7-də Azərbaycanda 1013 adam COVID-19 infeksiyasına yoluxub, 1244 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Analiz nümunələri müsbət çıxan 14 xəstənin vəfat etdiyi deyilir.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 489 226 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
"Onlardan 469 665 nəfər müalicə olunaraq sağalıb, 6625 pasiyent ölüb. Aktiv xəstə sayı 12 936 nəfərdir".
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 853, ötən müddətdə isə 4 923 009 testin aparıldığı göstərilib.