Rəsmi rəqəmlər və bəyanatlar bir-birinə uyğun gəlmir
“Son 10 ildə Azərbaycana 230 milyard dollar sərmayə yatırılıb. Biz nəinki öz ölkəmizə, region ölkələrinə də sərmayə yatırırıq”.
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev martın 15-də keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində
deyib
.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban rəsmi rəqəmlər və bəyanatlar əsasında ölkəyə nə qədər sərmayə yatırıldığını dəqiqləşdirmək istəyib. Məlum olub ki, verilən məlumatlar bir-birinə uyğun gəlmir.
– Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda İlham Əliyev
deyib
:
“Ölkə iqtisadiyyatına 231 mlrd sərmayə qoyulub. Onu da deməliyəm ki, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayələrin 93 faizi son 14 ildə qoyulmuşdur”.
– İqtisadiyyat nazirinin müavini Sahil Babayev 2017-ci il oktyabrın 24-də Bakıda “Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru” mövzusunda keçirilən beynəlxalq investisiya konfransında
deyib
:
“1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 mlrd dollar həcmində investisiya qoyulub. Bunun 111 mlrd dollarını xarici investisiyalar təşkil edir”.
– 11 fevral 2016-cı ildə Baş nazirin müavini İsmət Abasov ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Jolt Çutoranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib:
“Ötən 12 ildə ölkəmizin iqtisadiyyatına 200 mlrd dollar sərmayə qoyulub. Bunun 100 mlrd dolları xarici sərmayədir».