”Azərbaycana geri qayıtsam, hansı işlə məşğul olacam?”

”Ölkəni işsizlik və kasıblıq səbəbindən tərk etmişəm”

Source:


”Ölkəni işsizlik və kasıblıq səbəbindən tərk etmişəm”

“Gürcüstanda qazandığın 5 lari  ilə nəsə edə bilirsən. Azərbaycanda 5 manat ancaq sənin evdən işə getmə pulundur. İndi Gürcüstanda da vəziyyət çətindir”.

Bu sözləri 30 yaşlı Tural Kərimov deyir. O, 2008-ci ildə hərbi xidmətini bitirdikdən sonra iş tapmaq üçün Gürcüstana gedib və  ailəsi ilə birlikdə “Gürcüstan-Azərbaycan” sərhədinə yaxın olan Təkəli kəndində məskunlaşıb.



“Sərhədi keçən insanların sayı birdən-birə azalmağa başlayıb”

Tural Kərimov Gürcüstanda taksi sürücüsü kimi fəaliyyət göstərir. Onun iş yeri isə “Qırmızı Körpü” adlanan “Gürcüstan-Azərbaycan” sərhəd yaxınlığıdır. Tural hər gün orda dayanaraq insanların sərhədi keçməsini gözləyir. Sərhədi keçənlərə yaxınlaşır və onları Tbilisiyə və ya digər ərazilərə aparmağı təklif edir və bu yolla pul qazanmağa çalışır.

Tural Kərimov Gəncə rayonunda anadan olub və orada yaşayıb. O, hərbi xidməti başa vurduqdan sonra ailəsini dolandırmaq üçün iş yeri tapa bilmir.  Yaşadığı şəhərdə qazandığı pul isə ona kifayət etmir.

Tural deyir ki, maya qədər Gürcüstanda hər şey qaydasında olub. Çox sayda insan Azərbaycandan Gürcüstana gəlib və bu, onun yaxşı pul qazanmasına səbəb olub. Amma may ayından sonra sərhədi keçən insanların sayı birdən-birə azalmağa başlayıb. Heç kim səbəbin nə olduğunu bilmir.

Gürcüstanın Milli Turizm İdarəsinin məlumatına görə, 2017-ci ilin ilk 6 ayı ərzində 737.549 nəfər azərbaycanlı Gürcüstana gəlib. Bu rəqəm 2016-cı il ilk 6 ayının statistikasından 7.4% çoxdur.

“Azərbaycandan Gürcüstana heç kim gəlməsə, necə pul qazana bilərəm? Mən taksi sürücüsüyəm. Əvvəl sərhəddən Tbilisiyə və Marneuliyə gündə 3 dəfə gedib-gəlirdim. İnsanlar çox idi. İndi sərhəddən bir nəfəri apara bilsəm, çox xoşbəxt oluram”.

Tural Kərimov əlavə edir ki, əvvəl azərbaycanlı ticarətçilər davamlı olaraq Gürcüstandan məhsul alıb geri qayıdırdılar. Amma indi Gürcüstan hökuməti sərhədi keçməklə bağlı olan qaydaları dəyişib. Bəzi hallarda ticarətçilərə məhsulları ilə birlikdə Gürcüstandan Azərbaycana sərhədi ayaqla keçmə icazə olmadıqları bildirilir. Məhsulları sərhədi keçirmək üçün ticarətçilər əldə etdikləri mənfəətin yarısını taksiyə və ya mini avtobuslara verməlidirlər. Bu da onlar üçün uyğun deyil.

T.Kərimov bildirir ki, əgər, vəziyyət bu formada davam etsə, Gürcüstanı tərk edəcək:

“Mənim planım Türkiyəyə getməkdir. Yaşamaq üçün pula ehtiyacımız var. Azərbaycana geri qayıtsam, nə edəcəm? Azərbaycanı işsizlik və kasıblıq səbəbindən tərk etmişəm. Niyə geri qayıdım ki?”



“İndi hamı Bakını tərk edərək Gürcüstana geri qayıdır”

Tural Hüseynovun hekayəsi isə tamamilə ayrıdır. O, Gürcüstan vətəndaşıdır. 2013-cü ildə Gürcüstandan Azərbaycana gələrək Bakı şəhərində 11 il ev təmiri işilə məşğul olub.

“Əvvəl aylıq 1000-1500 manat qazana bilirdim. Hər şey yaxşı idi. Manatın dəyəri düşən kimi qazandığım pulun yarısını ev kirayəsinə ödəməli oldum. Qalanı da qidaya xərclənirdi”.

“İndi hamı Bakını tərk edərək Gürcüstana geri qayıdır”- Hüseynov bildirir.

Tural Hüseynov

T.Hüseynov 2014-cü ildə Gürcüstana geri qayıdıb. Hal-hazırda da Təkəli kəndində  ev təmiri və təsərrüfat işləri ilə məşğuldur.

“Niyə Azərbaycanda 200 manatla yaşamalıyam? Bu mümkün olan iş deyil. Ona görə də kəndimə geri qayıtmışam. Müxtəlif tərəvəzlər, meyvələr əkərək, sonra onları Marneuli və Tbilisi bazarında satıram. Əvvəl məhsulları bazara çıxaran zaman hamı alır. 3 gün keçəndən sonra hamı eyni şeyi satmağa başlayır və məhsulların qiyməti düşür”.

Hüseynov deyir ki, kənd əhalisinin 80 faizi banklardan kredit götürüb:

“İşləmədən insanlar necə krediti ödəyə bilərlər? Biz bura Azərbaycanda iqtisadi vəziyyətin yaxşı olmaması üçün geri gəlmişik. İndi burda da hər şey çətindir. Nə edə bilərik?

İndi Hüseynov da Türkiyəyə iş üçün getməyi planlaşdırır.



ifact.ge

Ana səhifəXəbərlər”Azərbaycana geri qayıtsam, hansı işlə məşğul olacam?”