Azərbaycan yay vaxtına keçir

Source:

Martın 28-dən 29-na keçən gecə Azərbaycanda yay vaxtına keçiləcək. Səhər saat 04:00-da saatın əqrəbləri bir saat irəli çəkiləcək. Bu barədə Dövlət Standartlaşdırma və Metrologiya Komitəsinin məlumatında deyilir.

1997-ci ildən mart ayının son istirahət günündə saat əqrəbləri bir saat irəli çəkilməklə ölkə ərazisində yay vaxtına keçilir.

Qış vaxtına isə oktyabr ayının son istirahət günündə səhər saat 05:00-da saat əqrəbləri bir saat geri çəkilməklə keçilir.

Ana səhifəXəbərlərAzərbaycan yay vaxtına keçir