Azərbaycan XİN-dən xarici jurnalistlərə çağırış

Şahin Hacıyev: ”Ciddi beynəlxalq media orqanları bu dəfəki konfliktə ehtiyatla yanaşdılar”

Source:


Şahin Hacıyev: ”Ciddi beynəlxalq media orqanları bu dəfəki konfliktə ehtiyatla yanaşdılar”

Azərbaycan XİN xarici medianı Qarabağ münaqişəsi zonasında hadisələrin işıqlandırılması zamanı obyektivliyi və balansı təmin etməyə çağırıb.

XİN-in məlumatında deyilir ki, işğal edilmiş ərazilərdə jurnalist fəaliyyətini həyata keçirmək niyyətində olan xarici media nümayəndələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir. Onlar əvvəlcədən Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Müraciətlər XİN-in İnternet saytı vasitəsilə elektron akkreditasiya formasında göndərilə bilər.

XİN xarici medianı Ermənistanın  beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş dezinformasiya, yalan və təxribat xarakterli məlumatlarına, tərtib etdiyi qurama səhnələrə və yaydığı materialların səhihliyinə diqqətlə yanaşmağa çağırıb.

Şahin Hacıyev
Şahin Hacıyev

XİN-nin bəyanatını və ümumiyyətlə xarici medianın son hadisələri işıqlandırmasını Meydan TV-yə şərh edən “Turan” İA-nin redaktoru Şahin Hacıyev hesab edir ki, ciddi beynəlxalq media orqanları bu dəfəki konfliktə ehtiyatla yanaşdılar: “Heç bir mətbuat orqanında, yaxud telekanalında Azərbaycan aqressiyaçı adlandırılmadı və əleyhimizə fikir səslənmədi. Halbuki, 90-cı illərdə, ya da bir neçə il əvvəl Ramil Səfərovun azad olunmasını xatırlasaq, başqa mənzərəylə rastlaşacayıq. Ramil Səfərov azad olunanda hətta Amerika prezidenti Barak Obama Azərbaycanın səhv etməsi barədə bəyanat verdi. Aprelin 2-də başlanan hərbi əməliyyatlar isə müharibəydi. Ancaq ehtiyatlı yanaşmalar oldu, Rusiya XİN-nin rolunda iştirak edən şimal ölkənin telekanallarında da bu ehtiyatlılıq göründü. Düzdür, müxtəlif siyasi tolk-şoularda əleyhimizə kəskin açıqlamalar oldu, onlara da bizim nümayəndələr cavab verirdi.  Amma ümumi yanaşdıqda informasiyalarda ehtiyatlılıq vardı”.

Ana səhifəXəbərlərAzərbaycan XİN-dən xarici jurnalistlərə çağırış