Azərbaycan vətəndaşının Ermənistana keçdiyi bildirilir

“Azərbaycan vətəndaşı Təhlükəsizlik Xidmətində dindirilir”

Source:


“Azərbaycan vətəndaşı Təhlükəsizlik Xidmətində dindirilir”

Ermənistan mətbuatı Azərbaycanın Gədəbəy rayonu ilə sərhəddə yerləşən Areguni kəndində Azərbaycan vətəndaşının saxlanıldığını bildirib.

“Sputnik Armenia” agentliyinin məlumatına görə, adı açıqlanmayan 26 yaşlı kişi Ermənistanın Təhlükəsizlik Xidmətinə təhvil verilib və orada dindirilir.

“Xüsusi xidmət əməkdaşlarına təhvil verilməzdən əvvəl, azərbaycanlı, kənd sakinlərinə naxırçı olduğunu deyib. O bildirib ki, pul ödənilmədiyi üçün çobanla mübahisə edib və dünən axşam sərhədi keçmək qərarına gəlib. Ermənistan Təhlükəsizlik Xidməni hələlik hadisə ilə bağlı şərh verməyib. Azərbaycan tərəfi də hələlik vəziyyəti şərh etmir”, – “Sputnik Armenia” yazıb.

Agentlik xatırladıb ki, 2019-cu ilin martında da buna bənzər hadisə olub, Azərbaycan vətəndaşı Ermənistan tərəfə keçib. Onun aqibəti haqqında heç bir məlumat yoxdur.

Ana səhifəXəbərlərAzərbaycan vətəndaşının Ermənistana keçdiyi bildirilir