Azərbaycan vətəndaşı Gürcüstanda qızıl qaçaqmalçılığına görə saxlanılıb

Gürcüstan CM-in 214-cü maddəsi ilə açılmış iş üzrə istintaq aparılır. Bu maddə 5 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur

Source:


Gürcüstan CM-in 214-cü maddəsi ilə açılmış iş üzrə istintaq aparılır. Bu maddə 5 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur

Azərbaycan vətəndaşı Ramin Nəbiyev gömrük nəzarətindən kənar gizli olaraq Gürcüstan ərazisinə xüsusilə böyük ölçüdə qızıl məmulatları keçirərkən saxlanılıb, xəbəri apsny.ge yayıb.

Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük departamenti ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış və istintaq əməliyyatları nəticəsində Ramin Nəbiyev saxlanılıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs sərhədi keçərkən qanunsuz olaraq Gürcüstan və Azərbaycan sərhədindən ümumi dəyəri 55 000 lari (24700 dollar) təşkil edən xüsusilə böyük ölçüdə qaçaqmal qızıl sikkələri və yüksək əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarını qanunsuz olaraq keçirməyə çalışıb. Bu, yarım kilodan çox qızıldır.

Gürcüstan CM-in 214-cü maddəsi ilə açılmış iş üzrə istintaq aparılır. Bu maddə 5 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur.

Bundan əvvəl, aprelin 20-də Gürcüstan tərəfi Azərbaycandan qaçaqmalçılıq yolu ilə 12 kq qızıl keçirməl cəhdinin qarşısını alıb.

Ana səhifəXəbərlərAzərbaycan vətəndaşı Gürcüstanda qızıl qaçaqmalçılığına görə saxlanılıb