Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Milli Məclis sazişi təsdiqləyib.

Source:
Milli Məclis

Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, saziş barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri qeyd edib ki, saziş 2016-cı il martın 15-də Ankara şəhərində imzalanıb.

Milli Məclis sazişi təsdiqləyib.

Ana səhifəXəbərlərAzərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq