Azərbaycan və Ermənistan hərəyə bir vətəndaşı geri qaytarıblar

Məlumata görə, girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib

Source: google.az


''Azərbaycanlı girov təcili xəstəxanaya yerləşdirilib''

Azərbaycan və Ermənistan tərəfi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərəyə bir vətəndaşı geri qaytarıblar.

Bu barədə məlumat yayan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar

Dövlət Komissiyası

bildirib ki, danışıqlar Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına uyğun olaraq aparılıb.

“Əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü

İbrahimov Elvin

Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər”.

Məlumata görə, girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib.

Ana səhifəXəbərlərAzərbaycan və Ermənistan hərəyə bir vətəndaşı geri qaytarıblar