Azərbaycan Ukraynaya yenə yardım göndərib

Foto: XİN

Martın 12-də Azərbaycandan Ukraynaya növbəti yardım göndərilib.

Azərbaycan Xarici İşlər Nazirliyini yaydığı məlumatda yardımın dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət olduğu göstərilib.

Nazirlik bildirib ki, ümumi məbləği 5,5 milyon avrodan artıq olan 380 tonluq humanitar yardım Polşanın Rjeşov hava limanına çatdırılıb.

Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 5.5 milyon avro məbləğində ilk humanitar yardım fevralın 27-də göndərilib.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəSiyasətAzərbaycan Ukraynaya yenə yardım göndərib