Azərbaycan təzadı: “Lancet” Tiflisdə açıldı, Bakıda bağlandı

Səhiyyə naziri 10 ilin klinikasını səbəbsiz qapadı

Source:


Səhiyyə naziri 10 ilin klinikasını səbəbsiz qapadı

Bakıda illərdir fəaliyyət göstərən özəl “Lancet” klinikası fəaliyyətini dayandırıb. Klinika tibb elmləri doktoru, tanınmış cərrah Fərman Ceyranlıya məxsusdur. Səhiyyə naziri Oqtay Şirəliyev klinikanın fəaliyyətinə növbəti mərhələ üçün lisenziya verməkdən imtina edib və bunun üçün heç səbəb göstərməyib. Məlumatı Fərman Ceyranlı da təsdiqləyib və “Azadlıq” qəzetinə açıqlamada deyib ki, “Lancet”in Bakıdakı fəaliyyətinə əngəl yaradılması ilə bağlı bu günlərdə daha geniş auditoriyada olduqca ilginc məlumatlar açıqlamağa hazırlaşır və o zaman baş verənlərə aydınlıq gətirəcək.

Onu da qeyd edək ki, klinikanın bağlanması Tiflisdə “Lancet” klinikasının fəaliyyətə başlamasından sonraya təsadüf edir. Həmin klinikanı da Bakıdakı “Lancet”in sahibi professor Fərman Ceyranlı yaradıb. Gürcüstanda bu qədər iri həcmli işi həyata keçirərkən heç bir problemlə üzləşməyən, əksinə,  hökumətdən yüksək dəstək görən Fərman Ceyranlı bildirib ki, peşəkarlığa görə dünya tibbi ilə baş-başa gedən, lakin qiymətləri regiona çox sərfəli olan bir klinika qurmaq istəyir və işlərindən razıdır.

Bu tibb mərkəzi hazırda bütün Zaqafqaziyanın ən böyük xəstəxanası sayıla bilər. Psixatriyadan başqa bütün sahələri əhatə edən “Lancet” Tiflisi ən yüksək tibbi avadanlıqlarla, yüksək dərəcəli xarici və yerli həkim personalı ilə, vertolyot meydançası və hotellə təmin olunub.

Bu günlərdə məlum oldu ki, tanınmış müğənni Flora Kərimli də səs tellərini bu klinikada uğurla əməliyyat elətdirib.

Səhiyyə Nazirliyi “Lancet”in Bakıdakı fəaliyyətinin dayandırılması ilə bağlı heç bir açıqlama verməyib.

Ana səhifəXəbərlərAzərbaycan təzadı: “Lancet” Tiflisdə açıldı, Bakıda bağlandı