Azərbaycan tərəfi sülhlə bağlı şərtlərini açıqladı

Daimi nümayəndəlik 27 sentyabr tarixindən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozduğunu xatırladaraq bildirib ki, məqsədyönlü şəkildə mülki əhali və infrastruktur hədəfə alınıb

Source: google.az


Azərbaycanın ATƏT yanında Daimi nümayəndəliyi: Mülki əhali və infrastruktur hədəfə alınıb

"Ermənistan işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxana kimi Azərbaycan hərbi əməliyyatlarını davam etdirəcək”

“Azərbaycan tərəfi ümid edir ki, ATƏT-in Minsk qrupu Azərbaycanın niyyətinin ciddiliyini, nəhayət, tam anlayacaq və bölgədə sülhün təmin edilməsi üçün Ermənistandan işğal edilmiş ərazilərdən tam və qeyd-şərtsiz çıxmasını tələb edəcək. Bu zamana kimi Azərbaycan legitim hərbi əməliyyatlarını davam etdirəcək”.

Bu bəyanat Azərbaycanın ATƏT yanında Daimi nümayəndəliyinin sentyabrın 29-da ATƏT-in Daimi Şurasının xüsusi iclasında səslənib.

Daimi nümayəndəlik 27 sentyabr tarixindən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozduğunu xatırladaraq bildirib ki, məqsədyönlü şəkildə mülki əhali və infrastruktur hədəfə alınıb:

“ATƏT daxil olmaqla, Ermənistanın təhrikedici bəyanatlarına və təcavüzkar əməllərinə adekvat reaksiyanın olmadığı, eləcə də Helsinki Yekun Aktının prinsiplərinin yerinə yetirilməsində ikili standart və selektiv yanaşmanın tətbiq edilməsi yalnız işğalçı ölkənin cəzasızlığına yol açan Ermənistanın hazırkı təxribatçı fəaliyyətinə töhfə verir”.

Tədbirdə atəşkəsə çağırış ilə bağlı bir sıra çıxışlar ilə bağlı beynəlxalq ictimaiyyətin diqqətə çatdırıldı ki, atəşkəsin pozulması və vəziyyətin eskalasiyasının əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərdə qanunsuz mövcudluğu və münaqişənin davam etdirilməsidir.

Azərbaycan tərəfi ümid edib ki, ATƏT-in Minsk qrupu Azərbaycanın niyyətinin ciddiliyini nəhayət tam anlayacaq və bölgədə sülhün təmin edilməsi üçün Ermənistandan işğal edilmiş ərazilərdən tam və qeyd-şərtsiz çıxmasını tələb edəcək.

Bu zamana kimi Azərbaycan legitim hərbi əməliyyatlarını davam etdirəcək:

“Azərbaycan ərazilərinin hərbi işğalı Ermənistan tərəfindən arzu edilən nəticəni heç bir zaman verməyəcək. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktında əks edilmiş Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür. Nə qədər tez bir zamanda Ermənistan bu həqiqətlər ilə razılaşsa, bir o qədər tez münaqişə həll ediləcək və region dövlətləri və xalqları əməkdaşlıq və iqtisadi inkişafdan bəhrələnə biləcək”.

Ana səhifəSiyasətAzərbaycan tərəfi sülhlə bağlı şərtlərini açıqladı