”Azərbaycan rəsmilərinin ölkəni demokratikləşdirmək niyyətləri boş vədlərdir”

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyəti Ramil Usubova müraciəti dəstəkləyib

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyəti 28 May Respulika Günü ilə əlaqədar yürüşdən sonra ReAL partiyasının üzvünün həbsinə etiraz edib.

İdarə Heyətinin yaydığı məktubda deyilir ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyəti 31 May 2018-ci ildə 100 vətəndaş cəmiyyəti fəalı , hüquqşünas və siyasətçi tərəfindən imzalanmış və Daxili İşlər Naziri Ramil Usubova ünvanlanmış müraciəti ciddi şəkildə dəstəkləyir.

“Müraciəti imzalayanlar Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qurulmasının 100 illik yubileyi münasibətilə Bakıda keçirilmiş bayram yürüşünə qatılan şəxslərin polis idarələrinə çağırılmaları və həbslərinə etiraz edirlər. Onlar bildirirlər ki, nazirlik onları təəcübləndirib. Fəallar deyirlər ki, əgər Cümhuriyyətin yubileyini bu yolla qeyd etmək qanun pozuntusudursa o zaman onlar da AXC-in dəyərlərinə, bayrağına və qurucularına olan sevgilərinə görə məsuliyyətə cəlb edilməlidirlər”.

İdarə Heyətinin məktubunda daha sonra bildirilir ki, səlahiyyətli orqanların Cümhuriyyətin elan olunmasının yubiley yürüşünə qatılanların sərbəst toplaşmaq azadlığına hörmət göstərməməsi Azərbaycan rəsmilərinin ölkəni demokratikləşdirmək niyyətlərinin boş vədlər olduğuna siqnaldır.

”Birbaşa olmasa da, əlaqəli olan digər bir insidentdə isə bir başqa müxalif partiya – Azərbaycan Xalq Cəbhəsi Partiyasının aktivistləri Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirli mayın 25-də qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması ittihamları ilə 4 aylıq həbs qətimkan cəzaları alıblar. AXCP də Cümhuriyyətin 100 illik yubileyini qeyd etməyə hazırlaşırdı”.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100-cü ildönümündə keçirilmiş bayram yürüşündən sonra ReAL partiyasının dörd üzvü 30 sutka inzibati həbsə məruz qalıblar.

Bununla əlaqədar Azərbaycandakı 100 ictimai-siyasi xadim polis tərəfindən təzyiqlərə etiraz edən müraciət imzalayıb, Daxili İşlər Nazirliyinə təqdim ediblər.

Source:
Daxili İşlər Nazirliyi

Bununla əlaqədar Azərbaycandakı 100 ictimai-siyasi xadim polis tərəfindən təzyiqlərə etiraz edən

müraciət

imzalayıb, Daxili İşlər Nazirliyinə təqdim ediblər.

Ana səhifəXəbərlər”Azərbaycan rəsmilərinin ölkəni demokratikləşdirmək niyyətləri boş vədlərdir”