Azərbaycan politoloqları Vladimir Putinin mətbuat konfransından danışdılar

“17 dekabrda Putin əvvəlkindən fərqli olaraq, yaxın zamanlarda danışıqlara hazır olacaq Putinə oxşayırdı”

Source:


“17 dekabrda


Putin


ə


vv


ə


lkind


ə


n f


ə


rqli olaraq, yax


ı


n zamanlarda dan


ışı


qlara haz


ı


r olacaq Putin


ə


ox


ş


ay


ı


rd


ı”

Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransı Azərbaycan siyasi gündəminə də təsir edib, həm media, həm də sosial şəbəkələrdə tədbir müzakirə mövzusuna çevrilib. Bu məqsədlə həm öz Facebook səhifələrində yazdıqları, həm də söhbət etdiyimiz ekspertlərin fikirlərini Meydan TV-nin oxucularına təqdim edirik.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Oruclu Rusiya prezidentinin əvvəlki mətbuat konfranslarında olduğu kimi özünə inamlı görünmədiyini və əvvəlki şou xarakterli mətbuat konfranslarından fərqli olaraq, bu, bir növ cəmiyyətə, müxalifətə, mediaya, beynəlxalq aləmə ünvanlanmış çoxsaylı mesajlardan ibarət bir qətiyyətsiz praqmatik müraciət olduğunu düşünür.

Onun sözlərinə görə, Putin hər bir kəlməsini süzgəcdən keçirib dilə gətirir, kəskin ifadələrdən istifadə etmirdi: “Ümumilikdə ölkədəki duruma görə cavabdeh olduğunu deməklə yanaşı, eyni zamanda, ölkənin iqtisadiyyatında, xarici siyasətində baş verən uğursuzluqlara görə məsuliyyəti məharətlə üzərindən atmağa cəhd edirdi. Mərkəzi Bankın, hökumətin ünvanına sətiraltı tənqidlər yönəltsə də, beynəlxalq aləmə və dünya güclərinə gəldikdə, prezident öz ənənəsindən kənara çıxaraq, mövzudan yayınmağa çalışırdı”.

Politoloq prezidentin qeyd etdiyi ünvanlara xeyli mesajlarının olduğunu da bildirib: “Əvvəla, Putin “Bizi Krıma görə deyil, suveren siyasətimizə görə sıxırlar” (Azərbaycan auditoriyasına da bu tezis yaxşı tanışdır) deməklə, faktiki olaraq, Ukraynadakı hərbi cinayətlər üçün məsuliyyəti üzərindən atmağa çalışır və həm ölkənin daxilində, həm də xaricində yanlış rəy yaratmağa cəhd edirdi. Bu arada, ukraynalı jurnalistin sərt sualına da Putinin cavabı eyni tonda idi. Görünür, mətbuat konfransı ərəfəsində xarici işlər naziri Sergey Lavrovun Fransa telekanalına müsahibəsi zamanı Ukrayna ilə bağlı pozitiv tonda mesajları da bu mövqeyə işarə idi. Neftin qiymətinin ucuzlaşması ilə bağlı da danışarkən Putin İranı, Venesuelanı da xatırlayaraq, yenə də bu məsələdə də başlıca səbəbin onun Ukrayna siyasəti olmadığını önə çəkməyə çalışdı. Digər tərəfdən, prezident müəyyən mənada kompromislərə getməyin mümkün olduğunu da nəzərə çatdırırdı. Məsələn, Rusiyada nüfuzuna görə Putindən sonra ikinci şəxs sayılan İqor Seçinin əməkhaqqısının həcmi ilə bağlı (istisna deyil ki, sifarişli) suala cavab verərkən, prezident onun hətta xarici menecerlə əvəz edilə biləcəyinə işarə etdi. Görünür, Putin BP-nin icraçı direktoru təyin edilmiş amerikalı Robert Dadli variantına bənzər model ətrafında müzakirələrin mümkünlüyünə eyham vururdu. Bundan başqa, Putin həm də Qərblə əməkdaşlığa dair nüvə təhlükəsizliyi, terrorla mübarizə, təbabət və bir neçə digər prioritet iqtiqamətin gündəlikdə qaldığını bir daha xüsusi vurğuladı”.


“Putin v


ə


ziyy


ə


td


ə


n


çı


x


ış


yolunu ayd


ı


n g


ö


st


ə


r


ə


bilm


ə


di”

Ə.Oruclu bildirib ki, iqtisadiyyatla və onun perspektivlərilə bağlı prezidentin açıqlamaları yetərincə səthi və qeyri-müəyyən olmaqla yanaşı, böhrandan çıxma müddətinin də minimum (3 ay) və maksimum (2 il) zamanı arasındakı böyük fərq gösrərir ki, yaxın illərdə da Rusiyanın ən ciddi problemi iqtisadiyyatın inkişafı və diversifikasiyası (eynilə Azərbaycandakı kimi) olacaq. Putinin ölkənin iqtisadi inkişafı ilə bağlı konkret islahatlar proqramının olmaması açıq görünürdü. İqtisadiyyatla bağlı bütün cavablarında durumun ağır olduğunu inkar eləməyən (bəzən isə hətta onları kataklizmlər adlandıran) Putin vəziyyətdən çıxış yolunu da aydın göstərə bilmədi. Belə nəticəyə də gəlmək olar ki, Putin həm ölkənin daxilinə, həm də xaricinə belə mesajlar verməklə özünün hakimiyyətin daxilindəki ağır durumunu cəmiyyətdən və beynəlxalq aləmdən dəstək almaqla aradan qaldırmağın mümkünlüyünə işarə edirdi və məhz bu məqsədlə də yumşaq, xeyli dərəcədə diplomatik ton seçmişdi. Bir sözlə, 17 dekabrda Putin əvvəlkindən fərqli olaraq, yaxın zamanlarda danışıqlara hazır olacaq Putinə oxşayırdı… İstisna deyil ki, bu ton həm də ABŞ prezidenti Barak Obamanın Konqresin Ukraynaya hərbi yardıma icazə verən qanununa imza atmağı ləngitməsinə cavab idi. Odur ki, yaxın aylarda Qərb-Rusiya münasibətlərinin açıq konfrontasiya müstəvisindən tədricən dialoq müstəvisinə keçə biləcəyi də istisna olunmur. MDB ölkələrilə münasibətlərə də prezidentin xüsusi diqqət ayırmaması və daha çox Şanxay Əməkdaşlıq Təşkilatının perspektivləri haqqında danışması da maraqlı məqamlardandır”.


“Putin iqtisadiyyatda


ü


zl


əş


diyi a


ğı


r duruma r


əğ


m


ə


n, Q


ə


rbl


ə


qar


şı


durmadan


çə


kinm


ə


y


ə


c


ə


k”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin bu dəfəki geniş mətbuat konfransının keçən ilkindən fərqləndiyini bildirib. Facebook səhifəsində Elxan Şahinoğlu yazıb ki, prezident Putin rahat görünmürdü, həyəcan keçirdiyi sezilirdi və bu əsassız deyil.

“Rublun dəyərdən düşməsi prosesi və inflyasiya davam edərsə, Rusiya vətəndaşları ondan hesab soracaqlar. Rusiya vətəndaşlarını artıq Krım və Donbass az maraqlandırır, ciblərini və mədələrini düşünməyə başlayıblar. Putin uzaqbaşı məsuliyyətdən yaxa qurtarmaq üçün dostu və yaxın silahdaşı baş nazir Dmitri Medvedyevi istefaya göndərə bilər. Bəs sonra? Guya yeni gələn baş nazir ölkəni dərin xaosdan xilas edəcək?”,- politoloq belə yazıb.

O, Putinin 3 saatlıq geniş mətbuat konfransından gəldiyi əsas nəticələri göstərib: “Birinci, Rusiya iqtisadiyyatında müsbət irəliləyiş gözlənilmir; İkinci, Putinin rublun dəyərdən düşməməsi üçün konkret planı yoxdur; Üçüncü, Putin Rusiya iqtisadiyyatının bundan sonra da neft və qaz satışından asılı qalacağını çarəsiz şəkildə etiraf etdi; Nəhayət, sonuncu, Putin iqtisadiyyatda üzləşdiyi ağır duruma rəğmən, Qərblə qarşıdurmadan çəkinməyəcək”.


“Adam


ı


n iqtisadiyyat haqq


ı


nda


ç


ox pis t


ə


s


ə


vv


ü


rl


ə


ri var…”

REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli Facebook səhifəsində fikrini obrazlı ifadə edib: “Putin 17 dekabr mətbuat konfransında “göyərçin” olmaq istəyirdi, sakit, aqressiyasız danışmağa çalışırdı, özünə inamı azalmış, ritorikası yumşalmışdı. Doğrudan da, neftin qiyməti ilə avtoritar liderlərin aqressiyası arasında ciddi korrelyasiya var. Amma adamın iqtisadiyyat haqqında çox pis təsəvvürləri var, bu isə Rusiya üçün sanksiyalardan, rublun kursundan da daha təhlükəli amildir.

Bizim prezidentin də iqtisadi təsəvvürləri çox zəifdir, bu da bizim üçün ciddi təhdidlərdən biridir”.

Ana səhifəXəbərlərAzərbaycan politoloqları Vladimir Putinin mətbuat konfransından danışdılar