Əsgərlərdən biri ürək çatışmazlığından dünyasını dəyişdi, digərinin isə güllələndiyi bildirilir
Müdafiə Nazirliyi faktı APA-ya təsdiqləyib. Nazirliyin məlumatına görə, ilkin araşdırmaya əsasən Vicay Pərvanayev kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən dünyasını dəyişib. Hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır.
Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.
Meydan TV-yə daha bir əsgərin ölümü ilə bağlı məlumat daxil olub. Adının açıqlamasını istəməyən mənbənin məlumatına görə, Qazax rayonu “N” saylı hərbi hissədə Hüseyn Məhəmməd oğlu Paşayev xidməti silahı ilə əsgər yoldaşı Razi İlqar oğlu Hüseynovu başından gülləyib. Nəticədə əsgər dünyasını dəyişib.
Müdafiə Nazirliyi faktı təsdiqləmir.