Olimpiadanı qəbul edəcək şəhərin adına isə 2017-ci ildə aydınlıq gələcək
2024-cü ildə keçiriləcək olimpiadaya ev sahibliyi etmək istəyən şəhərlərdən ərizə qəbulunun vaxtı yekunlaşıb.
Komanda.az xəbər verir ki, olimpiadanı keçirməyə 5 şəhər iddialıdı. Bakı bu şəhərlər arasında yoxdu. Azərbaycan hakimiyyəti olimpiadaya ev sahibliyi etməyə iddialı olsa da, son anda ərizə verməkdən imtina ediblər.
Olimpiadanı keçirməyə Los-Anceles (ABŞ), Roma (İtaliya), Budapeşt (Macarıstan), Paris (Fransa) və Hamburq (Almaniya) iddialıdı.
Olimpiadanı qəbul edəcək şəhərin adına isə 2017-ci ildə aydınlıq gələcək.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024-cü ildə keçiriləcək olimpiadanın təşkilatçılarına 1,7 milyard dollar ayıracaq.