””Azərbaycan” Nəşriyyatında ”reket” jurnalist yoxdur”

Ağabəy Əsgərov: Həbs edilənlər ”reket” jurnalistlər olsaydı, onları çoxdan nəşriyyatdan çıxarmışdıq

Source:
Azərbaycan nəşriyyatı
Azərbaycan nəşriyyatı


Ağabəy Əsgərov: Həbs edilənlər ”reket” jurnalistlər olsaydı, onları çoxdan nəşriyyatdan çıxarmışdıq

“Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov Dövlət Təhlükəsizlik Xidmətinin “reket” jurnalistlərə qarşı əməliyyatına münasibət bildirib.

APA yazır ki, A. Əsgərov DTX tərəfindən keçirilən əməliyyatda həbs olusnanların “reket” jurnalistlər olmadığını deyib. Qeyd edib ki, “Azərbaycan” Nəşriyyatında “reket” jurnalist yoxdur:

“DTX-nin həbs etdikləri jurnalist olsaydı, onları çoxdan nəşriyyatdan çıxarardıq. Onların Mətbuat Şurasının “qara siyahısı”nda da adları yoxdur. Biz bu “qara siyahı”ya ciddi əməl edirik. Siyahıya düşən redaksiyaları nəşriyyata buraxmırıq. DTX tərəfindən həbs olunan adamlar keçmiş nazir Eldar Mahmudovun cinayət qruplaşmasının üzvləridir. Eldar Mahmudov istədiyi şəxsi bu “jurnalistlər” vasitəsilə qaralayır, pul alır, şantaj edir və yaxud həbs edirdi”.

Ana səhifəXəbərlər””Azərbaycan” Nəşriyyatında ”reket” jurnalist yoxdur”