Azərbaycan: NATO və Rusiya arasında

İlham Əliyev antiterror koalisiyasında iştirakı nəzərdə tutaraq, Azərbaycanın öhdəliklərini yerinə yetirdiyini bəyan etsə də, nəzərə almaq lazımdır ki, NATO hərbi təşkilatdan daha çox siyasi təşkilatdır, burada demokratiya sahəsində siyasi öhdəliklər üstün əhəmiyyətə malikdir

Source:


İlham Əliyev antiterror koalisiyasında iştirakı nəzərdə tutaraq, Azərbaycanın öhdəliklərini yerinə yetirdiyini bəyan etsə də, nəzərə almaq lazımdır ki, NATO hərbi təşkilatdan daha çox siyasi təşkilatdır, burada demokratiya sahəsində siyasi öhdəliklər üstün əhəmiyyətə malikdir

NATO-nun sentyabrın 4-5-də Britaiyanın Uels şəhərində keçirilən sammiti nəticələrinə görə SSRİ-nin dağılmasından sonra keçirilmiş əvvəlki yüksək səviyyəli görüşlərdən xeyli fərqlənir. Analitiklərin əksəriyyəti ikigünlük görüşün nəticələri haqqında danışarkən Şimali Atlantika Alyansının çevik reaksiya qüvvələrinin yaradılmasına diqqət çəkirlər.

Əlbəttə ki, ən müasir silahlarla, o cümlədən nüvə silahı ilə təchiz edilmiş, müxtəlif qiymətləndirmələrə görə 5 mindən 10 minə qədər elit əsgərdən ibarət belə bir hərbi qoşunun yaradılması çox vaxt bloka qarşı çağırışlara və təhlükələrə cavab olaraq qərarların qəbululunda qeyri-hərbi lənglikdə ittiham olunan təşkilat üçün mühüm bir faktdır.

Amma, görünür, sammitin ən mühüm yekunu Avropa İttifaqının keçmiş sosializm düşərgəsi sayəsində genişlənməsindən və Rusiyanın zəifləməsindən sonra çox vaxt Amerikanın maraqları ilə uzlaşmayan beynəlxalq qərarların qəbulunda əhəmiyyətini və müstəqilliyini hiss edən Avropada ABŞ-ın üstünlüyünün artması olub. Almaniya kansleri Angela Merkel Rusiyanın təcavüzkarlığının artması şəraitində Avropanın təhlükəsizliyi məsələsini açıq-aşkar ABŞ-ın liderliyi ilə əlaqələndirib. “Yalnız prezident Obama avropalıları birləşdirmək iqtidarındadır”,- deyə o qeyd edib.

Sammitin ikinci mühüm yekunu Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar aktuallaşan Rusiya təhlükəsi qarşısında Qərbin birləşməsi olub. Buna Avropa İttifaqının və ABŞ-ın RF-nin aparıcı energetika və müdafiə şirkətlərinə qarşı növbəti sanksiyaları və Vaşinqtondan Brüsselə qədər anti-Kreml ritorikasının sərtləşməsi dəlalət edir.

Nə qədər təəccüblü də olsa, məhz Vladimir Putin Şimali Atlantika Alyansına sərt çağırışları ilə bu yaxınlara qədər Avrasiya qitəsində nisbətən sabit beynəlxalq şəraitdə Qərbin birləşməsi və hərbi gücünün artırılması mexanizmini işə salıb. Əlbəttə ki, Putinin xarici təcavüzü Rusiyanın ən güclü, son 20 ildə misli görünməmiş iqtisadi böhranı fonunda aydın olur. Rusiyanın ictimai diqqətinin xarici çağırışlara, təhlükələrə yönəlməsi və millətin sosial-iqtisadi tənəzzül şəraitində birləşməsi Rusiyanın milliyyətçi-vətənpərvərlərinin yapışdığı yeganə xilasedici dairəsidir. Amma o da maraqlıdır ki, Qərbin real iqtisadi və maliyyə yardımı olmasa, Rusiya bu pat vəziyyətində xarici təcavüz gurultusuna son qoymaq iqtidarında deyil.

Amma Qərbin birləşməsi və müasir şəraitdə hərbi gücünü artırması üçün Rusiya təhlükəsinə, Rusiyanın isə daxili birləşmə üçün Ukraynadan gələn Qərb təhlükəsinə ehtiyacı olduğunu nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, Rusiya-Ukrayna və Qərb-Rusiya cəbhələrində gizli qarşıdurma hələlik davam edəcək.

Bu vəziyyət Rusiyanın keçmiş sovet düşərgəsindən olan qonşularına, o cümlədən Azərbaycana yaxşı heç nə vəd etmir. NATO sammiti közərən dondurulmuş münaqişələri ilə Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünü dəstəkləsə də, bu, hələ Rusiyanın iddialarına qarşı zəmanət deyil. İndiyədək böyük dövlətlərin, o cümlədən Rusiyanın bu ölkənin ərazi bütövlüyünə zəmanət haqqında Budapeşt Paktının təhlükəsizlik çətiri altına sığınan Ukrayna buna nümunə ola bilər. Rusiyanın iqtisadi kollapsı şəraitində rəsmi Bakıya investisiyalar və Rusiya sənaye mallarının idxalı ilə qonşunun iqtisadiyyatını dəstəkləməkdən, habelə demokratiyadan açıq-aşkar uzaqlaşmaqdan başqa heç nə qalmır.

NATO-da məsələnin prinsipiallığını dərk edirlər və buna görə rəsmi Bakının öz öhdəliklərini yerinə yetirməməsinə göz yumurlar. Prezident İlham Əliyev sammitdə ISAF qüvvələri üçün Əfqanıstana yük tranzitini və antiterror koalisiyasında iştirakı nəzərdə tutaraq, Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini və öhdəliklərini yerinə yetirdiyini bəyan etsə də, nəzərə almaq lazımdır ki, NATO hərbi təşkilatdan daha çox siyasi təşkilatdır, burada demokratiya sahəsində siyasi öhdəliklər üstün əhəmiyyətə malikdir. Bu sahədə isə Azərbaycanın böyük problemləri var.

Ana səhifəXəbərlərAzərbaycan: NATO və Rusiya arasında