“Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyası ləğv edilib

“Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər var”

Source:


“Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər var”

Mərkəzi Bank “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyasını ləğv edib.

AMB-nin 15 iyul tarixli məlumatında deyilir ki, lisenziya Mərkəzi Bankın İdarə Heyətinin 27 nömrəli qərarı ilə məcmu kapitalın minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə ləğv edilib. Bank lisenziyasının ləğvi barədə qərar 16 iyul 2015-ci il tarixində qüvvəyə minəcək.

AMB qeyd edir ki, “Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər var. Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.

Ana səhifəXəbərlər“Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyası ləğv edilib