“Azərbaycan kinosunda durum yaxşıdır, istiqamət Qərbədir”

“Fərəhli haldır ki, ittifaq var, dağıda bilmədilər, üzvlərimizin sayı çoxdur, bu cəhətdən yaxşıdır”

Source:


“Fərəhli haldır ki, ittifaq var, dağıda bilmədilər, üzvlərimizin sayı çoxdur, bu cəhətdən yaxşıdır”


2 avqust Az


ərbaycan Milli Kino Günüdür. Bu münasibətlə kino sahəsində mövcud  vəziyyət, problemlər və perspektivlər barəsində olan suallarımızı Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Ali İsa Cabbarova ünvanladıq.



Ə


li


İ


sa b


əy, Milli Kino Gününü hansı təəssüratlarla qeyd edirsiniz və əvvəlki illərlə müqayisədə durum necədir?

–  Çox təzadlı hisslərlə qeyd edirik. Son bir neçə ildə Kinematoqrafçılar İttifaqına təzyiqlərin olduğunu bilirsiniz, bunun nəticəsində üzvlərin əksəriyyəti işsiz qalıb. Eyni zamanda, iradəmizi toplamışıq və peşə dəyərləri uğrunda mübarizəyə hazırıq, bayramı da bayram ovqatı ilə keçirməyə çalışırıq. Az da olsa bugün üçün üzvlərimizin nailiyyətləri var. Artıq hörmətli bəstəkarımız Cavanşir Quliyev, aktrisa Mehriban Zəki və gənc animasiya rejissoru Cavid Əhəd qalib olublar. Başqa bir məqam, bu il dövlət orqanlarının ittifaqa təzyiqləri aktiv mərhələdən passiv mərhələyə keçib. Ad çəkməyəcəm, bu il dövlət orqanlarından biri ilə ünsiyyətdə oldum, hiss olunur ki, bizə qarşı ehtiyatlı və korrekt münasibət var. Güman ki, il ərzində Kinematoqrafçılar İttifaqında yaranmış çətin durumun həllinə kiçik bir ümid var. Bəlkə də məmurların davranışı bununla bağlıdır. Mən bayram günlərində “stəkan yarıyacan doludur, yoxsa boşdur” sualına “stəkan yarıya qədər doludur”  cavabını verərdim. Fərəhli haldır ki, ittifaq var, dağıda bilmədilər, üzvlərimizin sayı çoxdur, bu cəhətdən yaxşıdır. Amma özümün fərdi fəaliyyətimə gəldikdə, layihələrim boykot olunur, yaş isə gedir, ideyalarımı isə reallaşdıra bilmirəm. Səbəb kimi ittifaqın üzvü olmağım göstərilir. Hər halda bu maneələri aşa biləcəyimə ümid edirəm.



Rüstəm İbrahimbəyovun Bakıda olmaması ittifaqın fəaliyyətinə təsir edirmi?

–  Əlbəttə ki, təsir edir. Bu yaxınlarda Rüstəm İbrahimbəyov verdiyi müsahibədə  ilin sonunda qayıdacağını bildirib. Təbii ki, hər bir ailə başçısının, təşkilat rəhbərinin öz ailəsinin, təşkilatının  yanında olmaması təsirsiz ötüşmür. Düzdür, biz onunla sıx işləyirik, hər halda bu il də olmasa, gələn il problemlər həll olunacaq. Çünki stressli rejimdə, kritik durumda heç bir orqanizmin, təşkilatın uzun müddət dözməyi mümkün deyil. 3 ildir dirəşmişik, amma hər şeyin bir limiti var, yenə deyirəm, ilin sonuna problemlərin həllinə start veriləcəyinə ümid edirik.



Son 3 ili


əvvəlki illərlə müqayisə etsəniz, gedənlərlə gələnləri nəzərdə tuturam, nisbət nəyi göstərir?

–  Üzvlükdən məcburiyyət qarşısında çıxan insanlar var. Bəziləri isə səmimi şəkildə təşkilata mənfi münasibətini ifadə edib könüllü çıxıb. Amma say baxımdan ən güclü kino təşkilatıyıq, bu baxımdan baş verənləri durulma adlandırırıq. Hazırda ittifaqın üzvləri olan şəxslər əqidəsi kino, peşə olan insanlardır, yəni böyük itki görmürük. İkinci, 1 ildən çoxdur təşkilatdan çıxmaq halları yoxdur. Ancaq gedənlər arasında stress keçirənlər olub ki, onlara görə heyfslənirik. Ki, yaşlı vaxtlarında belə vəziyyətlərini gördük.



Ötən müddətdə Azərbaycan kinosu hansı nailiyyətlərə imza atıb?

–  Yaxşı nəticələr var, konkret olaraq, Elçin Musaoğlunun “Nabat” filmi Venessiya Festivalının proqramında iştirakı və başqa Avropa Festivallarında ciddi mükafatlar almasıdır. “Nabat”ın əhəmiyyəti odur ki, müharibə haqqında ucuz pafoslu patriotik film deyil. Kinoşünaslar arasında müharibəsiz müharibə termini var, “Nabat” müharibəsiz müharibə estetikasında çəkilmiş filmdir. Qarabağ haqqında filmin Biləcəridən o tərəfə çıxması üçün Azərbaycan yox, insan davası qoyulmalıdır. “Nabat” filminin özəlliyi insan davası etməyindədir, etnik yox, ümumbəşəri dəyərləri vəsf edən filmdir. Ona görə “Nabat” çox vacib filmdir. Yaxud Elxan Cəfərovun “Yarımçıq məktublar” filmi, film onun əsasında qurulub ki, ermənilər tərəfindən muzdlu götürülmüş rus zabit Qarabağda törədilən hadisələrə görə peşmançılıq çəkir və depressiyaya düşür. Bu film də piar baxımından Biləcəridən o tərəfə keçməsi üçün çox vacibdir. Filmdə ikinci dünya müharibəsində  azərbaycanlı ilə çiyin-çiyinə döyüşən müsbət erməni obrazı da var. Baş qəhrəman depressiyada olan rus zabiti yaxşı gedişdir, Qarabağ müharibəsinin ədalətli həllində təbliğat üçün effekt verə bilər. Bu iki film ilin kino mövsümünün ən yaxşı nailiyyətləridir. Bilirsiniz ki, Azərbaycan kinosunun büdcəsi 6 milyon 200 min manatdır, halbuki, bugün paytaxtda 6 milyona evlər var. Kino bazarı ilə rəqabəti götürsək rəqəm 9-12 milyon manat olmalıdır. Yeni kino qanununda vergi və gömrük güzəştlərinin olması gözlənilir ki, buda müsbət amildir. Başqa məqam Azərbaycan tamaşaçılarının kinoteatrlara qayıtmaq məsələsidir, 150 minlik mərhələni aşmışıq. Komersiya filmi olan “Xoxan”ın adını çəkə bilərəm, bugün komediyaya gedənlər sabah melodramaya gedəcək, birigün dramalara gedəcək. Rusiya və Türkiyə kinosu da bu mərhələləri keçib, “Yeşilcam” filmlərinə gülən adamlar bugün Ceylanın tamaşaçılarıdır.



Adətən, siyasətdən, iqtisadiyyatdan söhbət düşəndə Avropaya inteqrasiyanın vacibliyini vurğulayırlar. Bəs Azərbaycan kinosu Avropa kinosuna inteqrasiya olunurmu?

–  Kino elə bir şeydir ki, Qərbdən kənarda ola bilməz, çünki kinonu Avropa kəşf edib. İranda teokratik rejimdir, Xomeyninin sağlığında belə çəkilən dini-fəlsəfi mövzuda olan filmlər Qərb festivallarında iştirak edirdi. Bu mənada kino əbədi olaraq Qərbin monopoliyasında olduğundan Avropaya inteqrasiyadan kənarda ola bilməz. Film çəkənlər istəyir ki, Qərb festivallarında iştirak etsinlər, ona görə kinoda Qərbə inteqrasiya etməmək mümkün deyil. Bu cəhətdən Azərbaycan kinosunda durum yaxşıdır, istiqamət Qərbədir.



Qayıdaq kinoya ayrılan maliyyəyə, siz ildə 10-12 milyon manat ayrılsaydı, daha yaxşı olacağını bildirdiniz, amma qazax xalqının tarixi haqqında bir filmə prezident Nazarbəyov 34 milyon dollar ayırmışdı. Belə olanda, göstərdiyiniz rəqəm az deyilmi?

–  Əgər əhalinin sayını götürsək Qazaxıstandakı rəqəmi təbii qarşılamalıyıq. Real durumu, peşəkar kadrların hazırlığını nəzərə alsaq, 12 milyon az deyil, normaldır.

Ana səhifəXəbərlər“Azərbaycan kinosunda durum yaxşıdır, istiqamət Qərbədir”