Azərbaycan İtaliyadan hərbi nəqliyyat təyyarələri alır

Foto: Leonardo

Hər iki ölkə müqavilə imzalayıb

Azərbaycanla İtaliya arasında “C-27J Spartan” hərbi təyyarəsinin tədarükünə dair müqavilə imzalanıb.

Təyyarənin istehsalçısı “Leonardo” şirkətinin yaydığı məlumata görə, bunun üçün Azərbaycan nümayəndə heyəti İtaliyada olub. Hər iki ölkənin müdafiə nazirlərinin nümayəndələrinin iştirakı ilə müqaviləyə imza atılıb.

“Müqavilə İtaliya sənayesinin məhsullarına daha çox diqqət yetirən Azərbaycan Silahlı Qüvvələrinin geniş modernləşdirilməsi proqramının tərkib hissəsidir”, – şirkətin press-relizində deyilir.

“C-27J Spartan” ən çətin coğrafi, ətraf mühit və əməliyyat şəraitində geniş çeşidli müdafiə və mülki müdafiə missiyalarının nəqliyyatı üçün nəzərdə tutulub.

Ana səhifəXəbərlərAzərbaycan İtaliyadan hərbi nəqliyyat təyyarələri alır