Azərbaycan ”İslamiada”nın qalibi olub

Azərbaycan atletləri 75 qızıl medal qazanıb

Source:


Azərbaycan atletləri 75 qızıl medal qazanıb

Mayın 22-də IV İslam Həmrəyliyi Oyunları başa çatıb.

Medal sıralamasına görə, 162 medalla Azərbaycan yarışmanın qalibi olub. Həmin medalların 75-i qızıldır.

Azərbaycan atletləri, habelə 50 gümüş, 37 bürünc medal qazanıblar.

Türkiyə atletləri daha çox medal qazansalar da onlar, qızılların sayından asılı olaraq sıralamanın ikinci pilləsində yer alıblar.

Türkiyə idmançıları 71 qızıl, 67 gümüş, 57 bürünc medal əldə ediblər. Medal sıralamasında 3-ü yerdə İran qərarlaşıb. Bu ölkənin atletlər 39 qızıl, 26 gümüş və 33 bürünc mükafat əldə ediblər.

IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 269 dəst medal qazanılıb.

Yarışa qatılan ölkələrdən 14-ü medal qazana bilməyib.

Rəsmi açılışı mayın 12-də olan IV İslam Həmrəyliyi Oyunlarının bu gün, mayın 22-də qapanış mərasimi keçiriləcək.

Yarışmada 54 ölkədən 3 mindən çox idmançı iştirak edib. Azərbaycanı oyunlarda 425 atlet təmsil edib.

Ana səhifəXəbərlərAzərbaycan ”İslamiada”nın qalibi olub