Azərbaycan İraqın ərazi bütövlüyünü tanıyır

Hikmət Hacıyev: ”İraqın mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə həllinin tərəfdarıyıq”

Source:


Hikmət Hacıyev: ”İraqın mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə həllinin tərəfdarıyıq”

Azərbaycan İraqın ərazi bütövlüyünü tanıyır və tam şəkildə dəstəkləyir.

Xarici İşlər Nazirliyi “Report”-un sorğusuna cavabda belə deyib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan İraqın mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır.

Sentyabrın 25-də İraqın şimalında referendum keçirilib və Kürdüstan özünün müstəqilliyini elan edib.

Multietnik region olan Kərkük 2014-cü ildən, İraq ordusu «İslam Dövləti» (İŞİD) yaraqlılarından qaçandan kürd peşmərgələrinin nəzarəti altındadır. Kürdlərin regionda olması neft yataqlarının yaraqlıların əlinə keçməsini əngəlləyib.

Kürd regional hökumətinə (KRG) Kərkük də daxildir. Türkman və ərəblərin yaşadığı, ancaq tarixən kürdlərin iddia etdiyi bu ərazidə də referendum keçirilib.

Kürdüstan regionunun hakimiyyət orqanları bildiriblər ki, referendumda səs verənlərin 92 faizi müstəqilliyi dəstəkləyib.

Azərbaycan ərazisindəki tanınmamış “Dağlıq Qarabağ Respublikası” Kürdüstanın referendumunu dəstəklədiyini bəyan edib. (e

Ana səhifəXəbərlərAzərbaycan İraqın ərazi bütövlüyünü tanıyır