”Azərbaycan iqtisadiyyatının enerji resurslarından asılılığı hələ 25-30 il davam edəcək”

İlham Şaban deyib ki, Azərbaycan neft-qaz sektotruna hədəflənmiş ənənəvi ölkədir.

Source:


İlham Şaban: ''2045-ci ildə qeyri-neft sektorundan gələn gəlirlərin 51 faiz olması müəmmalıdır''

“Moody's” beynəlxalq reytinq agentliyinin eksperti Kristian Fanq hesab edir ki, Azərbaycan iqtisadiyyatı hələ uzun illər enerji resurslarından asılı olacaq.

“ONA” saytının məlumatına görə, təşkilatın Azərbaycandakı illik konfransında çıxış edən ekspert bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatlar iqtisadiyyatın elastikliyini və valyuta bazarının sabitliyini dəstəkləmək baxımından müsbət rol oynaya bilər.

“Buna baxmayaraq, Azərbaycan hələ də enerji resurslarından asılıdır. Bənzər vəziyyət növbəti 25-30 ildə də davam edəcək”, – deyə K. Fanq əlavə edib.

K.Fanq onu da bildirib ki, Azərbaycanın neftin dövlət büdcəsində müəyyən etdiyi qiyməti hazırda dünya bazarında neftin orta qiymətindən aşağıdır və bu, müsbət haldır.

Kristian Fanqın söylədiklərini Meydan TV-yə şərh edən Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban xatırladıb ki, hazırkı dövlət büdcəsinin təqribən 65 faizi neft-qaz gəlirləri hesabıba formalaşır.

“İxracın 91 faizi neft-qaz və neft məhsullarıdır. Cənab Fanqın hesabı ilə götürsək, 2045-ci ildə qeyri-neft sektorundan gələn gəlirlərin 51 faiz olması müəmmalıdır. Hazırda qeyri-neft sektorunun ixracı 1,6 milyard dollardır, amma neft sektorunun ixracı 17 milyarddır. Sual yaranır, 25-30 il sonra nə istehsal etmək olar ki, neft ixracatı 7-8 milyarda düşsün? Yəni hökumətin elə proqramı olmalıdır ki, 25 ildən sonra dünyada tələbatı doyuran məhsullar versin. Məsələn, intelektual, xidmət, neft-kimya sahələri inkişaf etməlidir. Hökumətin dövlət statistikasına “Azərkimya”nı daxil etməsin aldanmaq olmaz”.

İlham Şaban
İlham Şaban

İlham Şaban deyib ki, Azərbaycan neft-qaz sektotruna hədəflənmiş ənənəvi ölkədir.

“İqtisadiyyatın şaxələndirilməsi deyəndə, yəqin neft sektorunun daha da dərinləşdirilməsi, emalı nəzərdə tutulur. Tekstil sənayesinin inkişafı götürülmür axı. Nəqletmə sektoruna gəldikdə, yük keçirilməsi kiçik əlavə dəyər yaradır”.

Ana səhifəXəbərlər”Azərbaycan iqtisadiyyatının enerji resurslarından asılılığı hələ 25-30 il davam edəcək”