Azərbaycan “Hüquq müdafiəçilərinin müdafiəsi” qətnaməsinin qəbulunda bitərəf qaldı

BMT-nin Baş Assambleyası üzv dövlətlərin hamısını hüquq müdafiəçilərinə qarşı hər cür təqib hərəkətlərindən çəkinməyə və onlara hörmətlə yanaşmağa çağırır

Source:


BMT-nin Baş Assambleyası üzv dövlətlərin hamısını hüquq müdafiəçilərinə qarşı hər cür təqib hərəkətlərindən çəkinməyə və onlara hörmətlə yanaşmağa çağırır

Azərbaycan hüquq müdafiəçilərinə qarşı təqibləri dayandırmağa çağıran sənədə səs vermədi.

Bu barədə məlumatı Facebook səhifəsində keçmiş siyasi məhbus Bəşir Süleymanlı paylaşıb.

Bildirilir ki, noyabrın 25-də BMT-nin Baş Assambleyası “Hüquq müdafiəçilərinin müdafiəsi” adlı qətnamə qəbul edib.

Qətnamədə deyilir ki, BMT-nin Baş Assambleyası üzv dövlətlərin hamısını hüquq müdafiəçilərinə qarşı hər cür təqib hərəkətlərindən çəkinməyə və onlara hörmətlə yanaşmağa çağırır.

Baş Assambleya hüquq müdafiəçilərinə qarşı hər hansı zorakılıq aktlarını sərt şəkildə pisləyir.

Qəbul edilmiş qətnamənin lehinə 117 ölkənin nümayəndələri səs verib. Əlehinə 14 ölkə olub, 40 ölkənin təmsilçiləri bitərəf qalıblar. Bitərəf qalan ölkələr sırasında Azərbaycan, Anqola, Özbəkistan, Venesuela, Vyetnam, Yəmən, Misir, Mozanbik və digər ölkələr olub.

Ana səhifəXəbərlərAzərbaycan “Hüquq müdafiəçilərinin müdafiəsi” qətnaməsinin qəbulunda bitərəf qaldı