Azərbaycan Gürcüstan və Ermənistandan geri qalıb

Forbes-in “Biznes üçün ən yaxşı ölkələr – 2014” reytinqinə 146 ölkə daxil edilib

Source:


Forbes-in “Biznes üçün ən yaxşı ölkələr – 2014” reytinqinə 146 ölkə daxil edilib

Forbes nəşrinin hazırladığı  biznes üçün ən münasib ölkələrin reytinqdə Azərbaycan 60-cı yeri tutub. Nəşr bildirir ki, keçmiş SSRİ ölkələrindən siyahıda Estoniya 22, Litva 24 –cü yerdədir. Sonrakı ardıcıllıq belədir: Latviya (36), Gürcüstan (47), Azərbaycan (60), Ermənistan (56), Qazaxıstan (65), Moldova (75), Ukrayna (88) və Rusiya (91).

Forbes qeyd edir ki, Rusiyada mülkiyyət hüquqlarının qorunması əvvəlkitək mükəmməl deyil, özəl sektor isə dövlətin intensiv müdafiə obyekti olaraq qalır.

2014-cü ildə biznes üçün ən yaxşı ölkə Danimarka göstərilib. İlk onluğa həmçinin Honkonq və Yeni Zelandiya da daxil olub. 2013-cü ildə reytinqə İrlandiya rəhbərlik edib.

Forbes-in “Biznes üçün ən yaxşı ölkələr – 2014” reytinqinə 146 ölkə daxil edilib. Onların nailiyyətiləri 11 mövqe üzrə öyrənilib: vətəndaşların şəxsi azadlıqlarının səviyyəsi; mülkiyyət hüquqlarının və investisiyaların qorunmasının dərəcəsi; qiymət sabitliyi; mal ixracı və idxalı üçün maneələrin olması; texnologiyanın inkişaf səviyyəsi; innovasiyaların tətbiqi; dövlətin biznesə təsir dərəcəsi; korrupsiya; vergi yükü və səhm bazarının vəziyyəti.

Reytinq Freedom House, Heritage Foundation, Property Rights Alliance, Transparency International, Dünya Bankı və Dünya İqtisadi Forumunun məlumatları əsasında hazırlanıb (Turan İA).

Ana səhifəXəbərlərAzərbaycan Gürcüstan və Ermənistandan geri qalıb