Azərbaycan GRECO-nun hansı tövsiyələrini icra etməyib?

GRECO bəyan edir ki, icra olunmayan digər tövsiyə prokurorlar tərəfindən aktivlərin bəyan edilməsi qaydasıdır.

Source: Foto: Turan İA


"21 tövsiyədən 3-ü ümumiyyətlə, icra edilməyib"

“Azərbaycan deputat və prokurorların gəlir bəyannaməsi verməsi barəsindəki tövsiyəni yerinə yetirməyib”.

Avropa Şurasının antikorrupsiya orqanı GRECO-nun Azərbaycana etdiyi tövsiyələrin icrasına dair hesabatında belə

deyilir

.

Hesabatda bildirilir ki, hələ də Azərbaycanda hakimiyyətinin Prokurorluq üzərində lüzumsuz təsiri var və bu, problemli hal kimi qalır: “Eyni zamanda, prokurorlarla bağlı aktivlərin açıqlanması məsələsi həll edilməyib. Edilən 21 tövsiyədən 14-nün icrası qənaətbəxşdir, 4-ü qismən yerinə yetirlib. Tövsiyələrdən 3-ü isə ümumiyyətlə, icra edilməyib. Buna deputat və prokurorların gəlir bəyannamələri ilə bağlı tövsiyə də daxildir".

GRECO bəyan edir ki, icra olunmayan digər tövsiyə prokurorlar tərəfindən aktivlərin bəyan edilməsi qaydasıdır. Təbii bu, prokuror və onların qohumlarının təhlükəsizlik və şəxsi sirləri nəzərə alınmaqla edilməlidir.

“Prokurorlar aktivlərin bəyan edilməsi üzrə məxfiliyi aradan qaldırmalıdır. Onlar aktivlərin bəyan edilməsinə dair müəyyən olunmuş qaydaya riayət etməli, qaydanın icrasına nəzarət etmək üçün Baş Prokurorluğun nəzdində müvafiq struktur yaradılmalıdır”, – tövsiyədə belə deyilir.

“Parlament üzvlərinə münasibətdə bəzi addımlar atılıb. Qanun layihələri ilə bağlı ictimai məsləhətləşmələr çərçivəsində irəliləyiş var.

“Deputatların etik davranış qaydaları haqqında Qanun” qəbul edilib, lakin parlament üzvləri ilə əlaqədar aktivlərin açıqlanması üçün effektiv sistemin qurulmasına ehtiyac var”, – GRECO bildirir.

Hesabatda vurğulanır ki, prokurorlarla əlaqədar intizam pozuntuları, etik davranış qaydaları və vaxtaşırı qiymətləndirmə sistemi ilə bağlı bir sıra sahələrdə ciddi addımlar atılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının işə qəbulu üçün də yeni meyarlar tətbiq edilib: “Şəffaflıq ilə əlaqəli mövzulara dair təlimlərdə də irəliləyişlər var, lakin icra hakimiyyətinin Prokurorluq üzərindəki lüzumsuz təsiri hələ də qalır. Prokurorlarla bağlı aktivlərin açıqlanması məsələsi də həll edilməyib”.

Ana səhifəSiyasətAzərbaycan GRECO-nun hansı tövsiyələrini icra etməyib?