”Azərbaycan GRECO-nun ən çox tövsiyə verdiyi ölkələrdəndir”

Azərbaycan deputatlar arasında korrupsiyanın qarşısının alınması üzrə tövsiyələri qismən yerinə yetirən on iki ölkə arasındadır

Source:


Azərbaycan deputatlar arasında korrupsiyanın qarşısının alınması üzrə tövsiyələri qismən yerinə yetirən on iki ölkə arasındadır

Bəzi Avropa ölkələrində 2017-ci ildə yeni qanunvericilik təşəbbüsləri korrupsiyaya qarşı mübarizə islahatlarına son qoyub, eyni zamanda Avropa Şurasının korrupsiyaya qarşı mübarizə standartlarını poza biləcək tədbirlər görülüb.

Deputatlar, hakimlər və prokurorlar arasında korrupsiyaya qarşı mübarizə işində ümumi irəliləyişə baxmayaraq, onların təcrübi cəhətdən həyata keçirilməsi lazım olduğundan yavaş gedir, deyə GRECO təşkilatının – Avropa Şurasının korrupsiyaya qarşı mübarizə qurumunun illik hesabatında bildirilir.

Bu barədə Turan İA

məlumat

yayıb.

Bildirlib ki, GRECO həmçinin jurnalistlərin korrupsiyaya qarşı mübarizədə oynadığı mühüm rolu etiraf edir və Maltada öldürülən jurnalist Dafne Karuan Galiziyanın xatirəsini yad edir. Onun qətli korrupsiyanı araşdıran jurnalistlərin müdafiəsinin və onlara qarşı cinayət törədən şəxslərin məsuliyyətə cəlb edilməsi zərurətini göstərib.

Bununla əlaqədar Avropa Şurasının baş katibi Torbyorn Yaqland deyib ki, həm milli səviyyədə, həm də AŞPA səviyyəsində korrupsiya qalmaqalları bizim institutlarımız və demokratiyanın özü üçün də ciddi təhdiddir.

GRECO prezidenti Marin Mrçela qeyd edib ki, 2017-ci ildə bir çox ölkələrdə korrupsiya ilə bağlı çoxsaylı ittihamlar səslənib. Korrupsiyaya qarşı mübarizə daimi iş tələb edir. Siyasi liderlər korrupsiyaya qarşı mübarizədə liderlik nümayiş etdirməlidirlər. Deputatlar, hakimlər və prokurorlar nümunə göstərməlidir, vətəndaşlar isə öz nümayəndələrindən yalnız qanuna uyğun fəaliyyət göstərməyi tələb etməlidirlər.

Məruzədə GRECO-ya üzv dövlətlərin onun deputatlar, hakimlər və prokurorlarla bağlı tövsiyələrinə riayət etməsi səviyyəsinə qiymət verilir.

Məruzədə 31 dekabr 2017-ci ildə indiyədək qiymətləndirilən dövlətlərin GRECO-nun deputatlarla bağlı tövsiyələrinin təxminən üçdə birini (30%) yerinə yetirməyiblər, baxmayaraq ki, onlar (44,4%) qismən həyata keçirilib. Tövsiyələrin yalnız dörddə biri (25,4%) tamamən yerinə yetirilib. Bu tövsiyələr əsasən aktivlərlə bağlı hesabatlara, xarici fəaliyyətlə bağlı məhdudiyyətlərə, lobbiçilərlə qarşılıqlı münasibətlərdə şəffaflığa və maraqların toqquşmasının idarə olunmasına aid idi.

GRECO-nun məruzəsinə əsasən:



– Azərbaycan GRECO-nun ən çox tövsiyə verdiyi ölkələr üçlüyünə daxildir. Ermənistan GRECO-nun çox sayda tövsiyə verdiyi ölkədir (24).



– Azərbaycan həyata keçirilməyən tövsiyələrin sayı ən çox olan dörd ölkədən biridir (6). Belçika həyata keçirilməyən tövsiyyələrin sayının ən çox olduğu ölkədir.



– Azərbaycan deputatlar arasında korrupsiyanın qarşısının alınması üzrə tövsiyələri qismən yerinə yetirən on iki ölkə arasındadır.

Ana səhifəXəbərlər”Azərbaycan GRECO-nun ən çox tövsiyə verdiyi ölkələrdəndir”