Müdafiə Nazirliyi ölüm faktını təsdiqləyib
Azərbaycan ordusunun əsgəri Nurəddin Mirzəzadənin müəmmalı şəraitdə vəfat etdiyi deyilir.
Hadisənin Kəlbəcərin Zar kəndindəki hərbi hissədə baş verdiyi qeyd olunub.
Bu barədə əsgərin dayısı, jurnalist Vidadi Ordahallı “Facebook” səhifəsində xəbər paylaşıb.
Müdafiə Nazirliyi məlumatı “Report”a təsdiqləyib.
Nazirlik əsgərin bədbəxt hadisə nəticəsində vəfat etdiyini göstərib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.