Azərbaycan əsgərinin intihar etdiyi bildirilir

Foto: APA

Müdafiə Nazirliyi susur, icra hakimiyyəti təsdiqləyir

Masallının Şərəfə kənd sakini, əsgər Xəyal Seyfulla oğlu Seyfullayevin intihar etdiyi deyilir.

Hadisənin Hacıqabul rayonundakı N saylı hərbi hissədə baş verdiyi qeyd olunub.

Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin rəisi Qəşəm Hadıyev məlumatı Meydan TV-yə təsdiqləyib.

Qəşəm Hadiyev əsgər Xəyal Seyfullayevin 2003-cü ildə doğulduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyi əsgərin intiharı ilə bağlı hər hansı məlumat yaymayıb.

Ana səhifəXəbərlərAzərbaycan əsgərinin intihar etdiyi bildirilir